“Qəbələ”nin sabiq futbolçusu Şotlandiyada qalmaqal törədib - VİDEO

“Qəbələ”nin sabiq futbolçusu Şotlandiyada qalmaqal törədib - VİDEO Bakı. 16 aprel. REPORT.AZ/ Şotlandiyanın “Reyncers” komandasında çıxış edən “Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey qalmaqala səbəb olub.
Futbol
16 Aprel , 2018 10:04
“Qəbələ”nin sabiq futbolçusu Şotlandiyada qalmaqal törədib - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ Şotlandiyanın “Reyncers” komandasında çıxış edən “Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey qalmaqala səbəb olub.

“Report”un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Şotlandiya Kubokunun yarımfinalında Qlazqo təmsilçisinin əzəli rəqibi “Seltik”ə 0:4 hesabı ilə uduzduğu görüşün 41-ci dəqiqəsində əvəzlənməsinə sərt formada etiraz edib. O, “Reyncers”in 0:2 hesabı məğlub durumda olduğu halda, oyundan alınmasını düzgün saymayıb və baş məşqçi Qrem Mertinin üzərinə şığıyaraq, kobud ifadələr işlədib.

Komanda yoldaşı Brunu Alveş Hallideyi çətinliklə sakitləşdirib.

Qeyd edək ki, “Seltik” mayın 19-da keçiriləcək final matçında “Moteruell” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi