Bakı. 30 dekabr. REPORT.AZ/ "Qəbələ" klubunun sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri müəyyənləşib. "Report"un "Prosport"a istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis İraqın "Zaxo" komandası ilə anlaşıb.
Rumıniyalı baş məşqçi sonradan daha 1 il artırıla bilməsi şərti ilə 6 aylıq müqavilə imzalayıb. D.Muntyanunun yeni iş yerində qazancı 100 min dollar olacaq.
"Zaxo" hazırda İraq Super Liqasında 7 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Dorinel Muntyanu 2014-cü ilin iyununda "Qəbələ" ilə bir illik müqavilə imzalasa da, 5 aydan sonra əməkdaşlığa xitam verilib.