"Qəbələ"nin rəqibi isveçrəli futbolçu transfer edib

"Qəbələ"nin rəqibi isveçrəli futbolçu transfer edib Futbolçu ilə 4 illik müqavilə imzalanıb
Futbol
1 Sentyabr , 2016 09:30
Qəbələnin rəqibi isveçrəli futbolçu transfer edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Fransanın "Sent-Etyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un Fransa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin "Syon" klubunun futbolçusu Leo Lakrua karyerasını "Sent-Etyen"də davam etdirəcək.

24 yaşlı isveçrəli futbolçu ilə 4 illik müqavilə imzalanıb. Lakrua "Syon"un yetirməsidir və bugünədək ancaq bu klubda çıxış edib.

Qeyd edək ki, "Qəbələ" C qrupunda "Sent-Etyen", "Anderlext" (Belçika) və "Mayns" (Almaniya) klubları ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi