"Qəbələ"nin oyununda insident baş verib

"Qəbələ"nin oyununda insident baş verib Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Çexiya “Bohemians"ı arasında keçirilən yoxlama oyununda insident baş verib.
Futbol
24 Yanvar , 2022 18:08
Qəbələnin oyununda insident baş verib

Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Çexiya “Bohemians"ı arasında keçirilən yoxlama oyununda insident baş verib.

"Report"un məlumatına görə, hadisəyə rəqib komandanın müdafiəçisi Yevgeni Nazarovun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Fernan Lopesə qarşı kobudluğu səbəb olub. Oyunçular arasında mübahisənin böyüməsinə komanda yoldaşları imkan verməyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və "Qəbələ" hesabda geridədir - 1:3.

Son xəbərlər

Orphus sistemi