"Qəbələ"nin müdafiəçisi uzun müddətə sıradan çıxıb

"Qəbələ"nin müdafiəçisi uzun müddətə sıradan çıxıb Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la oyunun hazırlıq prosesində zədələnən "Qəbələ"nin futbolçusu Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.
Futbol
15 Avqust , 2022 19:51
Qəbələnin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la oyunun (2:0) hazırlıq prosesində zədələnən "Qəbələ"nin futbolçusu Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinə olunan 20 yaşlı müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib.

O, yaxın günlərdə əməliyyat olunacaq və təxminən 6 ay meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ"nin futbolçuları Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi