"Qəbələ"nin legioneri: "Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir"

"Qəbələ"nin legioneri: "Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir" "Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir".
Futbol
7 May , 2022 09:10
Qəbələnin legioneri: Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir

"Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə "Terra" nəşrinə açıqlamasında deyib.

Qarşılaşmada ikinci qola imza atan 26 yaşlı hücumçu UEFA Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: "Bu, komandam üçün önəmli qol idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik".

Qeyd edək ki, "Qəbələ" 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını "Neftçi", "Şamaxı" və "Sabah"a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi