"Qəbələ"nin hücumçusu İsrail klubu ilə anlaşdı

"Qəbələ"nin hücumçusu İsrail klubu ilə anlaşdı "Qəbələ" ilə yollarını ayırmağa hazırlaşan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.
Futbol
6 Yanvar , 2021 14:17
Qəbələnin hücumçusu İsrail klubu ilə anlaşdı
Ceyms Adeniyi

"Qəbələ" ilə yollarını ayırmağa hazırlaşan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.

"Report" "sport5.co.il" nəşrinə istinadən xəbər verir ki, nigeriyalı hücumçu İsrailin "Hapoel" (Kiryat-Şimona) klubu ilə anlaşıb.

Hazırda klublar arasında keçidin son detalları müzakirə olunur. 29 yaşlı forvardın qısa zamanda İsrailə uçacağı və Kiryat-Şimona təmsilçisinə qoşulacağı bildirilib.

Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

Son xəbərlər

Orphus sistemi