"Qəbələ"nin futbolçusu: "Qol imkanlarından yararlana bilmədik"

"Qəbələ"nin futbolçusu: "Qol imkanlarından yararlana bilmədik" Bakı. 7 noyabr. REPORT.AZ/ “Matça yaxşı hazırlaşmışdıq. Rəqibi də təhlil etmişdik. Demək olar ki, 70-75 dəqiqə yaxşı oynadıq”.
Futbol
7 Noyabr , 2018 23:43
Qəbələnin futbolçusu: Qol imkanlarından yararlana bilmədik

Bakı. 7 noyabr. REPORT.AZ/ “Matça yaxşı hazırlaşmışdıq. Rəqibi də təhlil etmişdik. Demək olar ki, 70-75 dəqiqə yaxşı oynadıq”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əli Sadıxov UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda Almaniya “Herta”sına məğlub olduqları oyun barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi 1:3 hesabı ilə uduzduqları matçda səhvlərdən sonra qollar buraxdıqlarını vurğulayıb: “Rəqib heç nə etmədi. Biz səhvlər etdik. Qol imkanlarından yararlana bilmədik. Bəlkə oyunçularda həyəcan da var idi. Futbolda belə hallar olur”.

Sadıxov komanda yoldaşı Samir Qurbanovun penaltini vura bilməməsi barədə də danışıb: “Bəlkə penaltini mən yerinə yetirsəydim, daha fərqli ola bilərdi. Bu barədə özümə çox inanırdım. Oyundan öncə də penalti olacağını hiss etmişdim. Bunun üzərində işləyirdim. Baş məşqçinin məsləhəti belə oldu ki, penaltini Samir vursun. Cavab matçına daha yaxşı hazırlaşacağıq. Səfərdə ancaq qələbə barədə düşünəcəyik”.

Son xəbərlər

Orphus sistemi