"Qəbələ"nin futbolçusu əməliyyat olunduğu üçün Tbilisidə qalıb

"Qəbələ"nin futbolçusu əməliyyat olunduğu üçün Tbilisidə qalıb Avropa Liqasında II təsnifat mərhələsinin Gürcüstan Dinamosu ilə cavab matçında zədələnən Qəbələnin futbolçusu İvitsa Juniç əməliyyat olunub.
Futbol
2 Avqust , 2019 14:49
Qəbələnin futbolçusu əməliyyat olunduğu üçün Tbilisidə qalıb

Avropa Liqasında II təsnifat mərhələsinin Gürcüstan "Dinamo"su ilə cavab matçında zədələnən "Qəbələ"nin futbolçusu İvitsa Juniç əməliyyat olunub. 

Bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əməliyyat Tbilisidə olub və uğurlu başa çatıb. 

Qurbanov deyib ki, müdafiəçinin gözünün altında sınıq aşkarlanıb: "Juniç Tbilisidə qalıb. Həkimlər onun durumu haqqında məlumat verəcək. Futbolçu ən az bir ay yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. İvitsa Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edərək ambulansla xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi