"Qəbələ"nin futbolçusu: "Bir səhv bizə baha başa gəldi"

"Qəbələ"nin futbolçusu: "Bir səhv bizə baha başa gəldi" Qəbələ. 3 oktyabr. REPORT.AZ/ Komanda olaraq yaxşı çıxış etdik. Oyuna nəzarət bizim əlimizdə idi.
Futbol
3 Oktyabr , 2018 21:45
Qəbələnin futbolçusu: Bir səhv bizə baha başa gəldi

Qəbələ. 3 oktyabr. REPORT.AZ/ "Komanda olaraq yaxşı çıxış etdik. Oyuna nəzarət bizim əlimizdə idi".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əli Sadıxov UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"i ilə 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi buraxdıqları qoldan da söz açıb: "Bir səhv bizə baha başa gəldi. İnanıram ki, cavab qarşılaşmasında qələbə qazanacağıq".

Oyunun 57-ci dəqiqəsində penaltidən hesabı bərabərləşdirən oyunçu vurduğu qol barədə də fikirlərini bölüşüb: "Həmin an həyəcanlı deyildim. Tam rahatlıqla penaltini dəqiq yerinə yetirdim. Komanda cavab matçında qələbə üçün çalışacaq. Bundan başqa, heç nə fikirləşmək istəmirik". 

Son xəbərlər

Orphus sistemi