Davit Volkovin: "Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır"

Davit Volkovin: "Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır" Bakı. 10 fevral. REPORT.AZ/ Qəbələnin futbolçusu Davit Volkovin səfərdə Sabaha 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra Reporta müsahibə verib. Müsahibəni təqdim edirik:
Futbol
10 Fevral , 2019 12:10
Davit Volkovin: Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır

Bakı. 10 fevral. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Davit Volkovin səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Matçın sonuna yaxın zədələnərək əvəzlənməli oldunuz. Vəziyyətin necədir və ümumiyyətlə, həmin epizodu necə xatırlayırsınız?

- Fikrimcə, elə ciddi xəsarət olmamalıdır. Rəqibin baş zərbəsi çənəmə dəydi.

- Oynamaq istəyirdiniz, yoxsa həkimlər mübarizəni davam etdirməyinizə icazə vermədilər?

- Zərbədən sonra nokdaunda idim.

- Ancaq həkimlərlə birgə sərbəst gəzərək ehtiyat oyunçular skamyasına gəldiniz...

- Heç nə xatırlamıram. Paltardəyişmə otağında hafizəm yerinə gəldi. Buna qədər olan yadımda deyil.

- Matçı necə dəyərləndirirsiniz?

- Ən əsası, qələbə qazandıq. İstəyirdik ki, səfərdən 3 xalla qayıdaq. Bunun üçün meydanda hər şeyi etdik. Yaxşı oynadıq və qalib gəldik. Hər şey bizim üçün müsbət alındı.

- Çox aktiv oynayırdınız. Amma komanda yoldaşınız Rauf Əliyev ötürmə verməməyinizdən gileyləndi. Dedi ki, bu, bir neçə dəfə baş verdi...

- (gülür) Belə dedi? Mən də ona ötürmə verdim, ancaq qol vurmadı. Təbii ki, zarafat edirəm (gülür).

- Artıq "Qəbələ"nin heyətində 2 rəsmi oyuna çıxmısınız. Yeni komandaya tam uyğunlaşmısınız?

- Azərbaycan çempionatı xoşuma gəlir. Burada çox qaçırlar, oyunlar sürətli keçir. Çox yaxşı çempionatdır. Azərbaycanda çıxış etməyim mənim üçün yaxşıdır.

- Debüt matçında sol, bu dəfə sağ vinger mövqeyində oynadınız. Yarımmüdafiənin hansı cinahında çıxış etmək sizə daha rahatdır?

- Mənim üçün önəmli deyil. Elə bir fərqi yoxdur ki, hansı cinahda yer alıram. Baş məşqçi hara qoysa, orada da oynayaram.

- Bu qələbədən sonra bir pillə irəliyərək 4-cü yerə qalxdınız. Sizcə, "Qəbələ"nin potensialı ən uzağı 3-cü yeri tutmağa imkan verir?

- Minimum 3-cü yerə...

- "Qarabağ" və "Neftçi" kimi favoritlərlə mübarizədə 2-ci yeri tuta bilərsiniz?

- Necə olacağını görəcəyik. Qalan matçların hamısını udmaq istəyirik.

Son xəbərlər

Orphus sistemi