"Qəbələ"nin baş məşqçisi: "Qarabağ"ın gücü hamıya məlumdur"

"Qəbələ"nin baş məşqçisi: "Qarabağ"ın gücü hamıya məlumdur" "Çempionatın liderinə qarşı oynayırdıq. "Qarabağ"ın gücü hamıya məlumdur. Güclü, balanslaşmış heyətə malik bir bir kolektivdir. Çətin oyun olacağını bilirdik. Çempionatda fasilə olduğuna görə məşq proseslərimizi dayandırmadıq və hiss olundu ki, komandamız
Futbol
20 Dekabr , 2020 18:05
Qəbələnin baş məşqçisi: Qarabağın gücü hamıya məlumdur
Elmar Baxşıyev

"Çempionatın liderinə qarşı oynayırdıq. "Qarabağ"ın gücü hamıya məlumdur. Güclü, balanslaşmış heyətə malik kolektivdir. Çətin oyun olacağını bilirdik. Çempionatda fasilə olduğuna görə məşq proseslərimizi dayandırmadıq və hiss olundu ki, komandamız tonusdadır".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XII turunda "Qarabağ"la evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, əzmkarlıq göstərərək 1 xal qazanıblar: "İlk gündən də bu komandanın oyununu daha çox hücumda qurmuşuq. Əlbəttə, "Qarabağ"a qarşı dominant oynamaq istəsən də, bu, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərlinin meydana çıxmağına ehtiyac var. Çünki Rafael Utriq də yorulmuşdu. Hücuma bir futbolçu da əlavə etdik. Çünki "Qarabağ"ın müdafiəçilərinin irəli çıxmağını istəmirdik".

Baxşıyev 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Rövlan Muradov haqqında bunları bildirib: "Hücumameylli oyunçunun cəld olduğuna, mübarizələrə tez-tez girdiyinə görə simulyasiya etməsi normaldır. Hakimlər diqqətli olmalıdır, hər simulyasiyaya görə sarı vərəqə göstərmək düzgün olmazdı. Bu, şəxsi fikrimdir, ancaq onların öz fikirləri, qərarları var və buna da hörmətlə yanaşırıq. Yenə Rövlanla söhbətimiz olacaq. Bu mövsümdə artıq 7-ci "sarı"sını alır. Düşünürəm ki, hücumameylli oyunçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır".

Son xəbərlər

Orphus sistemi