"Qəbələ"nin baş məşqçisi: "MOİK-lə görüş ağır alındı"

"Qəbələ"nin baş məşqçisi: "MOİK-lə görüş ağır alındı" "Düşündüyümüzdən də ağır oyun alındı".
Futbol
10 Dekabr , 2021 19:19
Qəbələnin baş məşqçisi: MOİK-lə görüş ağır alındı
Elmar Baxşıyev

"Düşündüyümüzdən də ağır oyun alındı".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışıblar. Onun fikrincə, I Liqa komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur: "Oyun da bunu göstərdi. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı". 

Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi