"Qəbələ"nin baş məşqçisi: "Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi

"Qəbələ"nin baş məşqçisi: "Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi "Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi. Yenidən futbolçu kimi meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib. 56 yaşlı mütəssis ötən gün Tbilisidə Gürcüstan
Futbol
23 Sentyabr , 2024 12:32
Qəbələnin baş məşqçisi: Milanın əfsanələrinə qarşı oynamaq böyük zövq idi

"Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi. Yenidən futbolçu kimi meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm.

Bunu “Report”a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

56 yaşlı mütəxəssis sentyabrın 21-də Tbilisidə Gürcüstan millisinin veteranları ilə İtaliyanın "Milan” klubunun əfsanələri arasında keçirilən yoldaşlıq görüşü barədə danışıb.

O, sözügedən qarşılaşmada Gürcüstan yığmasının kapitanı olduğu üçün qürur duyduğunu söyləyib:

"Bu, böyük futbol bayramı idi. Qarşılaşmanı "Milan"ın sabiq üzvü, hazırkı Tbilisi meri Kaxa Kaladze təşkil etmişdi. Dolu tribunalar qarşısında çıxış etmək möhtəşəm hiss idi. Görüşdə iştirak edən hər bir şəxs matçdan zövq aldı. Təxminən 30 dəqiqə meydanda qala bildim. Təəssüf ki, səhhətimlə bağlı daha artıq çıxış edə bilmədim. Uzun müddət sonra hərəkətdə olmaq gözəldir. Həmin müddətdə meydanda olmaq möhtəşəm idi. Bu görüşdə Gürcüstan millisinin kapitanı olduğum üçün fəxr edirəm".

Qeyd edək ki, Gürcüstan millisinin veteranları və "Milan"ın əfsanələri arasında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən İtaliya klubu 3:1 hesabı ilə qalib gəlib.

“Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb.

Son xəbərlər

Orphus sistemi