Azərbaycan millisinin direktoru: "Qalatasaray"la oyunda “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm

Azərbaycan millisinin direktoru: "Qalatasaray"la oyunda “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm “Qalatasaray”la oyunda “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm.
Futbol
21 Sentyabr , 2024 15:15
Azərbaycan millisinin direktoru: Qalatasarayla oyunda “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm

“Qalatasaray”la oyunda “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm.

Bunu “Report”a açıqlamasında Azərbaycanın əsas millisinin direktoru İlqar Qurbanov Türkiyə Superliqasının VI turunda baş tutacaq “Fənərbağça” - “Qalatasaray” matçında şansları dəyərləndirərkən deyib.

O, son illərdə maraqlı derbilər olmadığını bildirib:

“Əlbəttə, Türkiyə çempionatı başlayanda hər kəs bu oyunu gözləyir. Kadıköydə oynamaları “Fənər” üçün üstünlükdür. Son illərdə o qədər də maraqlı derbilər izləmirdik. Daha çox dava-qırğınlar, qırmızı vərəqələr görürdük. Oyun baxımından heç nə yox idi”.

“Fənərbağça” klubunun yetirməsi olan Azərbaycan millisinin keçmiş müdafiəçisi oyunun zövqlü keçəcəyinə ümid edir:

“Fənərbağça”ya Joze Mourinyo gəlib. O, həmişə öz komandasını derbilərə yaxşı şəkildə hazırlayır. Əlbəttə, bu cür qarşılaşmalarda hesabı təxmin etmək çətindir. Əsas odur ki, maraqlı oyun olsun. Çünki hər iki komandanın yaxşı futbolçuları var. Onları izləmək zövqlüdür. Ümid edirəm ki, zövqlü oyun izləyəcəyik. Proqnozuma gəlincə, “Fənərbağça”nın qələbə qazanacağını düşünürəm”.

Qeyd edək ki, “Fənərbağça” - “Qalatasaray” matçının start fiti bu gün Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi