Elmar Baxşıyev: "İmkanım olsa, özüm qol vuraram"

Elmar Baxşıyev: "İmkanım olsa, özüm qol vuraram" "Oyunun çətin keçəcəyini bilirdik. "Sabah" somuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var"
Futbol
4 Aprel , 2021 19:36
Elmar Baxşıyev: İmkanım olsa, özüm qol vuraram
Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini bilirdik. "Sabah" sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komandası verilən tapşırığı maksimum yerinə yetirməyə çalışırdı: "Futbolçularımın 90 dəqiqə hücumda oynamasını istəyirəm və meydanda da bunu etməyə çalışırıq.

Baxşıyev "Son nöqtəni qoymaq üçün nə çatmır" sualına belə cavab verib: "İmkanım olsa, özüm gedib vuraram. Sadəcə, kənardayam. Bəzən şanssızlıq olur. Çoxsaylı epizodlar yaradırıq və bu da güc tələb edir. Son zərbələrdə dəqiq ola bilmirik. Bunu şanssızlıqla əlaqələndirirəm. Komanda uduzubsa, məsuliyyətli şəxs ilk növbədə mənəm. Ümumi oyun planında problem görmürəm".

Son xəbərlər

Orphus sistemi