"Qəbələ"nin baş məşqçisi: "Hücum xəttimizdə sıxıntı var"

"Qəbələ"nin baş məşqçisi: "Hücum xəttimizdə sıxıntı var" "Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı. Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq".
Futbol
15 Avqust , 2021 22:15
Qəbələnin baş məşqçisi: Hücum xəttimizdə sıxıntı var
Elmar Baxşıyev

"Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı. Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın l turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qapıçı Nicat Mehbalıyevin oyunundan razı qaldığını söyləyib: "Onun çıxışını normal qarşılayıram. Gənc qapıçıdır".

Baş məşqçi bəzi komponentlərin üzərində işlədiklərini sözlərinə əlavə edib: "Penaltidə hər futbolçu qol vurmaq istəyir. Mən bu amili müsbət qarşılayıram. Hücum xəttimizdə sıxıntı var. Maraqlandığımız oyunçu da var. Amma rəsmi razılıq əldə etməmişik. Heyətə U-19 komandasından oyunçular cəlb etmişik. Onlara gələcək oyunlarda şans verəcəyik. Kapitan Asif Məmmədovun yüngül zədəsi var idi və bu səbəbdən oynamırdı".

Baxşıyev rəqibin üstün və mənfi cəhətlərindən xəbərdar olduqlarını deyib: "Futbolçular oyun ərzində bunun öhdəsindən gəlirdi".

Son xəbərlər

Orphus sistemi