"Qəbələ"nin baş məşqçisi: "Futbolçular istədiyimi meydanda verirlər"

"Qəbələ"nin baş məşqçisi: "Futbolçular istədiyimi meydanda verirlər" "Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqib bu il çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb".
Futbol
5 Dekabr , 2021 20:26
Qəbələnin baş məşqçisi: Futbolçular istədiyimi meydanda verirlər
Elmar Baxşıyev

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqib bu il çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Zirə"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis dinamik oyun izlədiklərini bildirib: "Hər iki kollektiv qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Mövsüm ərzində xarakter göstərirlər. Komandamız çox mehribandır. Futbolçular bir-birilərinə qarşı səmimidirlər. Uduzduğumuz matçlarda irad bildirmirəm. Çünki istədiyimi meydanda verirlər. Oyunçular məşqlərdə də istədiyimizi göstərir. Mövsüm göstərir ki, daha yaxşı olmağı bacarırıq".

Baxşıyev Rövlan Muradovu sarı vərəqəyə görə əvəzlədiyini sözlərinə əlavə edib. "Baş məşqçi onun mikrozədəsinin də olduğunu diqqətə çatdırıb: "Komanda olaraq qarşıdakı rəqibləri düşünürük. Yüksək yerlərdə qərarlaşmaq qismətimizdə varsa, belə də olacaq".

Mütəxəssis baş hakim Elçin Məsiyevin oyunu normal idarə etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi