"Qəbələ"nin baş məşqçisi: "Bir xaldan razı qaldım"

"Qəbələ"nin baş məşqçisi: "Bir xaldan razı qaldım" "Əvvəlcə sabahkı Anım günü ilə əlaqədar şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Futbol
179
26 Sentyabr , 2021 21:20
Qəbələnin baş məşqçisi: Bir xaldan razı qaldım
Elmar Baxşıyev

"Əvvəlcə sabahkı Anım günü ilə əlaqədar şəhidlərimizə Allahdan rəhmət diləyirəm"

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, oyunun ağır olacağını öncədən dərk ediblər. O, komandasının layiqli 1 xal qazandığını söyləyib: "Rəqibin təzyiq edəcəyini anlayırdıq. Əvvəlki qarşılaşmalarımız da dinamik alınmışdı. Qazanılan 1 xaldan razı qaldım".

Baxşıyev futbolun emosional olduğunu, bu səbəbdən qapıçı Nicat Mehbalıyevə dediyi sözlərin narazılıq kimi qəbul edilməsini düzgün saymayıb.

Son xəbərlər

Orphus sistemi