"Qəbələ"nin baş məşqçisi: "Ağır məğlubiyyət oldu"

"Qəbələ"nin baş məşqçisi: "Ağır məğlubiyyət oldu" "Çox danışmaq istəmirəm, ağır məğlubiyyət oldu"
Futbol
29 Aprel , 2022 19:33
Qəbələnin baş məşqçisi: Ağır məğlubiyyət oldu
Elmar Baxşıyev

"Çox danışmaq istəmirəm, ağır məğlubiyyət oldu".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qarşıdakı 4 çempionat oyununda əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını bildirib: "Müəyyən səbəblər var, onları müzakirə etmək istəmirəm. Əlbəttə, maddi məsələ barədə də danışmaq niyyətində deyiləm. Bu durum da bizi çox sıxır. İnanıram ki, hər şey yoluna qoyulacaq və toparlanaraq, ən yaxşısını edə biləcəyik".

Baxşıyev AFFA İcraiyyə Komitəsinin qərarlarını müzakirə etmək istəmədiyini vurğulayıb: "15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli-cəzalı olması oyunumuza təsir edir. İnanıram ki, bütün gücümüzü ortaya qoyaraq çempionatı başa çatdıra biləcəyik".

Son xəbərlər

Orphus sistemi