"Qəbələ"nin baş məşqçisi: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır"

"Qəbələ"nin baş məşqçisi: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır" "Müəyyən səbəblərdən oyuna itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Bununla belə gənclərə inanırdıq və bilirdik ki, onlar etimadı doğruldacaqlar. Yaxşı oynayaraq, qələbə qazandıq".
Futbol
30 Noyabr , 2020 18:06
Qəbələnin baş məşqçisi: Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır

"Müəyyən səbəblərdən oyuna itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Bununla belə gənclərə inanırdıq və bilirdik ki, onlar etimadı doğruldacaqlar. Yaxşı oynayaraq, qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, qol epizodlarını qola çevirmək üzərində çalışırlar: "Meydanda futbolçu qərarı stres altında verir. Futbolçulara inanıram, onlar istədiyimizi verirlər".

Baxşıyev gənc futbolçu Rüfət Əmirlinin çıxışından da məmnunluq ifadə edib: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır. İnanıram ki, gələcəkdə əsas milliyədək yüksələ bilər".

Son xəbərlər

Orphus sistemi