"Qəbələ"nin Avropa Liqasındakı ilk oyununun yeri dəyişdirilib - ƏLAVƏ OLUNUB

"Qəbələ"nin Avropa Liqasındakı ilk oyununun yeri dəyişdirilib - ƏLAVƏ OLUNUB Görüş saat 20:00-da başlanacaq
Futbol
21 İyun , 2018 13:40
Qəbələnin Avropa Liqasındakı ilk oyununun yeri dəyişdirilib - ƏLAVƏ OLUNUB

Bakı. 21 iyun. REPORT.AZ/ “Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.

"Qəbələ"nin baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, bu barədə qərarı UEFA qəbul edib. Səbəb Avropa futbol qurumunun Lüksemburqda yalnız bir stadionun tələblərə uyğun hesab etməsidir. Həmin arena isə paytaxt Lüksemburqdakı 8125 nəfərlik "Jozi Bartel" stadionudur.

Avroliqanın I təsnifat mərhələsinin püşkünün nəticəsinə əsasən, "Proqres"lə yanaşı, "Fola Eş" və "Rasinq Yunion" komandaları da ilk görüşlərini evdə keçirməli idi. "Fola Eş" və "Rasinq Yunion"un ilk oyunlarını 10 iyul və 12 iyula təyin edən UEFA "Proqres"in Qəbələdə oynamasını münasib sayıb.

Son xəbərlər

Orphus sistemi