"Qəbələ"nin APOEL ilə oyunlarının vaxtı dəyişdirilib

"Qəbələ"nin APOEL ilə oyunlarının vaxtı dəyişdirilib UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.
Futbol
6 Sentyabr , 2019 16:32
Qəbələnin APOEL ilə oyunlarının vaxtı dəyişdirilib

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi