“Qəbələ” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

“Qəbələ” – “Neftçi” matçını FIFA referisi idarə edəcək “Sabah” –“Səbail” görüşü Kamal Umudluya tapşırıldı
Futbol
9 Aprel , 2021 10:53
“Qəbələ” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun iki oyunu üçün təyinatlar müəyyənləşib.

"Report"un məlumatına görə, “Qəbələ” – “Neftçi” matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

“Sabah” –“Səbail” görüşünü isə Kamal Umudlu idarə edəcək.

10 aprel (şənbə)

16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

18:00. “Sabah” –“Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”

Son xəbərlər

Orphus sistemi