​"Qəbələ" Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq

​"Qəbələ" Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq Oyun Türkiyədə, təlim-məşq toplanışı çərçivəsində baş tutacaq
Futbol
124
14 Yanvar , 2015 02:35
​Qəbələ Rusiyanın Kuban klubu ilə qarşılaşacaq
Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın "Kuban" klubunun Türkiyədə ilk təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər məlum olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kuban" futbolçuları bu mərhələdə Qazaxıstan və Azərbaycandan olan kollektivlərə qarşı iki planlaşdırılmış oyun keçirəcəklər.

Rusiya klubu yanvarın 17-də beşqat Qazaxıstan çempionu "İrtış"la (Pavlodar) qarşılaşacaq. Yanvarın 23-də isə "Kuban"ın rəqibi Azərbaycanın eyniadlı şəhərindən olan "Qəbələ" klubu olacaq.

Hər iki oyun "Bellis" idman kompleksində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi