​"Qəbələ" klubu Ruslan Abışovu heyətinə qatıb - YENİLƏNİB

​"Qəbələ" klubu Ruslan Abışovu heyətinə qatıb - YENİLƏNİB Futbolçu ilə birillik müqavilə imzalanıb
Futbol
2178
14 Sentyabr , 2015 14:57
​Qəbələ klubu Ruslan Abışovu heyətinə qatıb - YENİLƏNİB

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubu Vüqar Nadirovun ardından daha bir futbolçu ilə müqavilə imzalayıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm "qırmızı-qara" formada çıxış edən Ruslan Abışovla mövsümün sonunadək müqavilə imzalanıb.

28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən ayrılıb və "Xəzər Lənkəran"la anlaşıb. Lakin FİFA-nın cənublulara qoyduğu transfer qadağası səbəbindən keçid baş tutmayıb.

Ruslan Abışov karyerası ərzində "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. R.Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.

*** 13:26

"Qəbələ" klubu bu gün futbolçu Ruslan Abışovla müqavilə imzalayacaq. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı müdafiəçi ilə birillik müqaviləyə qol çəkiləcək. R.Abışov mövsüm sonunadək "Qəbələ"də çıxış edəcək.

Azərbaycan milli komandasının futbolçusunun "qırmızı-qaralar"ın axşam məşqində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi", "Xəzər Lənkəran" və "Rubin" (Kazan, Rusiya) klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub. Futbolçu yay transfer pəncərəsində "Xəzər Lənkəran"la anlaşsa da, FİFA-nın cənublulara qoyduğu transfer qadağası səbəbindən keçid baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi