"Qəbələ" klubu əcnəbi hücumçusu ilə yollarını ayırıb
Futbol
- 15 may, 2018
- 13:10
Bakı. 15 may. REPORT.AZ/ "Qəbələ" klubu Türkiyənin "Göztəpə" klubundan icarəyə götürdüyü Famussa Kone ilə yollarını ayırmağa qərara alıb.
Klubdan "Report"a verilən məlumata görə, malili hücümçunun müqaviləsi uzadılmayıb.
"Göztəpə" ilə qarışılıqlı anlaşmaya əsasən, 24 yaşlı forvard cari mövsüm başa çatdıqdan sonra İzmir komandasının düşərgəsinə yollanacaq.
Digər tərəfdən "qırmızı-qaralar" qapıçı Dmitri Bezotosnı ilə müqaviləni uzadıb. Anlaşmaya əsasən, ukraynalı qolkiper 2019-cu ilin iyununadək "Qəbələ"də qalacaq.
Qeyd edək ki, Dmitri Bezotosnı 2015-ci ilin yanvarında transfer olunub. Famussa Kone isə ötən yay 1 il müddətinə icarəyə götürülüb. Bezotosnı Premyer Liqada 28 oyuna çıxıb, Kone isə 22 oyuna 6 qol vurub.
Son xəbərlər
04:19
Kolumbiyada təyyarə qəzasında 15 nəfər həlak olub - YENİLƏNİB
Digər ölkələr03:56
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Maliyyə03:30
"Qarabağ"ın futbolçusu: "Fransalı olduğum üçün PSJ ilə qarşılaşmaq istərdim"
Futbol03:12
Minneapolisdə atışmada iştirak edən sərhədçilər xidmətdən kənarlaşdırılıb
Digər ölkələr02:59
"Liverpul"un baş məşqçisi: "Rəqib komandaya hörmətlə yanaşırdıq"
Futbol02:42
FES: ABŞ-də məşğulluq artımının yavaşlaması immiqrasiyanın azalması ilə əlaqəlidir
Digər ölkələr02:32
Qurban Qurbanov: "Qarabağ" Çempionlar Liqasında pley-offa çıxmağı haqq edirdi"
Futbol02:28
İranın XİN rəhbəri Trampın razılaşma çağırışına cavab verib
Region02:03
Foto