"Qəbələ" klubu Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb

"Qəbələ" klubu Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb Ruslan Qurbanov: "Kipr və Yunanıstan variantları var"
Futbol
31 May , 2018 12:41
Qəbələ klubu Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb
Ruslan Qurbanov

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov "Qəbələ" klubu ilə yollarını ayırıb. 

Bu barədə "Report"a 27 yaşlı hücumçunun özü məlumat verib. O klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında bu addımı atdıqlarını deyib: “Qəbələ”nin rəhbərliyinə, bütün kollektivə və azarkeşlərə minnətdarlığımı bildirirəm. Burada çox gözəl anlar yaşadım. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram".

Qurbanov gələcək iş yerinin hələ müəyyənləşmədiyini də əlavə edib: "Hələlik heç bir klubla danışıq aparmamışam. Kipr və Yunanıstan variantları var. “Neftçi”dən isə təklif almamışam. Karyeramla bağlı qərarı millinin iyunun 10-da başa çatacaq təlim-məşq toplanışından sonra verəcəyəm".

Qeyd edək ki, Ruslan Qurbanov "Qəbələ"də 2016-cı ilin avqustundan çıxış edirdi. 

Son xəbərlər

Orphus sistemi