​"Qəbələ" klubu daha 2 futbolçusu ilə müqavilə müddətini artırır

​"Qəbələ" klubu daha 2 futbolçusu ilə müqavilə müddətini artırır Bu barədə klubdan məlumat verilib
Futbol
1474
24 May , 2016 10:33
​Qəbələ klubu daha 2 futbolçusu ilə müqavilə müddətini artırır

Bakı. 24 may. REPORT.AZ/ "Qəbələ" klubu 2 futbolçusu ilə müqavilə müddətini artıracaq. Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçilər Asif Məmmədov və Rəşad Sadiqovun anlaşmalarının uzadılmasına dair razılıq əldə olunub. Lakin o, müddətin hələ müəyyənləşmədiyini söyləyib. Klubla müqavilə müddəti başa çatan digər futbolçuların taleyinə isə tezliklə aydınlıq gələcək.

Qeyd edək ki, Rəşad Sadiqov 2014/2015 mövsümünün qış fasiləsində, Asif Məmmədov isə 2015-ci ilin yay transfer pəncərəsində "Qəbələ"yə keçib. Daha öncə "qırmızı-qaralar" hücumçu Ermin Zetslə yollarını ayırıb, qapıçı Dmitri Bezotosnı ilə 2017-ci ilin yayınadək yeni müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi