"Qəbələ" - "Kəpəz" matçında insident baş verib

"Qəbələ" - "Kəpəz" matçında insident baş verib Komandaların fanatları arasında "söz dəyişməsi" olub
Futbol
28 Aprel , 2018 20:58

Qəbələ. 28 aprel. REPORT.AZ/ "Qəbələ" və "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXV tur matçında insident baş verib.

"Report"un Qəbələ şəhər stadionunda olan əməkdaşının verdiyi məlumata görə, ikinci hissənin ortasında qonaq komandanın qapısının arxasındakı tribunada yer alan fanatlar ilə yerli azarkeşlər arasında "söz deyişməsi" olub. Bu zaman təhqiramiz ifadələr işlədilib.

Polisin müdaxiləsindən sonra Gəncədən gələn fanatları sakitləşdirmək mümkün olub. Ancaq onlar hirslərini "Qəbələ"nin formasını cırmaqla çıxıblar. Hirsləri soyumayan qonaq azarkeşlər ardından doğma komandalarının ünvanına təhqiramiz ifadələr işlədiblər.

Son xəbərlər

Orphus sistemi