"Qəbələ" ilə görüşəcək komandanın baş məşqçisi istefa verib

"Qəbələ" ilə görüşəcək komandanın baş məşqçisi istefa verib Ərtuğrul Sağlam Eskişehirspor"u tərk edib
Futbol
5 Yanvar , 2015 17:20
Qəbələ ilə görüşəcək komandanın baş məşqçisi istefa verib

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda doğma arenada "Qaziantepspor"a 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. 

Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir. 

Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi. 

Son xəbərlər

Orphus sistemi