​"Qəbələ" iki futbolçusunu transferə çıxarıb

​"Qəbələ" iki futbolçusunu transferə çıxarıb Legioner hücumçuları Qəbələdə fərdi şəkildə məşq edir
Futbol
14 İyun , 2016 11:28
​Qəbələ iki futbolçusunu transferə çıxarıb

Bakı. 14 iyun. REPORT.AZ/ "Qəbələ" klubu iki futbolçusunu transferə çıxarıb. Klubdan "Report"a verilən məlumata görə, bunlar estoniyalı Sergey Zenyovla ukraynalı Aleksey Antonovdur.

Hər iki hücumçunun ötən mövsümkü çıxışı baş məşqçi Roman Qriqorçuku və klub rəhbərliyini qane etməyib. Onlara özlərinə yeni komanda axtarmaları və ya əvəzedici heyətlə məşq etmələri tövsiyə olunub. Hazırda əsas komanda Bakıda hazırlıq keçsə də, legionerlər Qəbələdə fərdi məşqlərlə kifayətlənirlər. 

Qeyd edək ki, "Qəbələ" klubunun Sergey Zenyov və Aleksey Antonovla 1 illik müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi