"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçib

"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçib “Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
112
1 İyun , 2019 20:08
Qəbələdən ayrılan futbolçu Zirəyə keçib

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, "Qəbələ"dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Cavid Hüseynovun "Zirə"nin mətbuat xidmətinə keçidi ilə bağlı açıqlama verib: "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. 

Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığma görə şadam".

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “Keşlə”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi