"Qəbələ"dən ayrılan futbolçu Polşa klubuna keçdi

"Qəbələ"dən ayrılan futbolçu Polşa klubuna keçdi 2019/2020 mövsümünün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopesin yeni klubu müəyyənləşib.
Futbol
19 Sentyabr , 2020 09:28
Qəbələdən ayrılan futbolçu Polşa klubuna keçdi
Fernan Lopes

2019/2020 mövsümünün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopesin yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Polşa "Yagelloniya"sına keçib.

25 yaşlı oyunçu Belostok təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

Keçidi ilə bağlı klubun rəsmi saytına danışan Lopes ona bu işdə "Qarabağ"ın sabiq futbolçusu Dani Kinatananın kömək etdiyini söyləyib: "Bu yay Kintana mənim videomu klubun nümayəndələrinə göndərdi. Baş məşqçi də həmin görüntüləri izləyib. Hər şey belə başladı. Sonra məni baxışa çağırdılar, bu gün isə müqavilə bağladım. Daniyə təşkkür edirəm. Onun köməyi olmadan, yəqin ki, buraya gələ bilməzdim".

Qeyd edək ki, F.Lopes ötən mövsüm "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi