“Qəbələ” də Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb

“Qəbələ” də Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb İlk görüşü 5:1 hesabı ilə qalib başa vuran “Qəbələ” növbəti mərhələyə yüksəlib
Futbol
7 İyul , 2016 21:17
“Qəbələ” də Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb

Bakı. 7 iyul. REPORT.AZ/ "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Gürcüstan "Samtredia"sının qonağı olub. "Report"un məlumatına görə, oyun meydan sahiblərinin üstünlüyü ilə başlayıb.

Hücumların məntiqi nəticəsi kimi hesabı da meydan sahibləri açıb. Oyunun 14-cü dəqiqəsində Budu Zivzivadze "Qəbələ"ni penalti zərbəsi ilə cəzalandırıb. Hücumların sayını artıran Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 42-ci dəqiqədə istəyinə çatıb. İlk görüşdə het-trik edən Teo Uiks topu tora qovuşdurub və ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissədə isə azarkeşlər cəmi bir qol vurub. Laşa Şergelaşvili oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə "Qəbələ"ni məyus etməyi bacarıb. Oyun "Samtredia"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Məğlubiyyətə baxmayaraq, Bakıdakı ilk oyunda 5:1 hesablı qələbə qazanan "Qəbələ" adını II təsnifat mərhələsinə yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi MTK (Macarıstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi olacaq.

II təsnifat mərhələsində "Qəbələ" ilk oyununu iyulun 14-də səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi