"Qəbələ" daha bir yerli futbolçusu ilə vidalaşıb

"Qəbələ" daha bir yerli futbolçusu ilə vidalaşıb Qəbələ klubu daha bir yerli futbolçusu ilə yollarını ayırıb.
Futbol
4 İyun , 2019 15:43
Qəbələ daha bir yerli futbolçusu ilə vidalaşıb

"Qəbələ" klubu daha bir yerli futbolçusu ilə yollarını ayırıb. 

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasovla başa çatan müqavilə yenilənməyib. 

27 yaşlı müdafiəçi 2011/12 mövsümündən bölgə komandasında çıxış edir. O, bu müddətdə 220 matçda meydana çıxıb və üç dəfə fərqlənib. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub. 

Qeyd edək ki, "Qəbələ" daha öncə kapitanı Cavid HüseynovElvin Camalovla da yollarını ayırıb. 

Son xəbərlər

Orphus sistemi