"Qəbələ" "Apollon"la qarşılaşacaq

"Qəbələ" "Apollon"la qarşılaşacaq “Qəbələ”nin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol
24 İyul , 2015 03:00
Qəbələ Apollonla qarşılaşacaq

Bakı. 24 iyul. REPORT.AZ/ “Qəbələ”nin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, buna ikinci təsnifat mərhələsinin Litvada keçirilən “Trakai” (Litva) – “Apollon” (Kipr) oyunu aydınlıq gətirib. Rəqibini doğma Limasolda deyil, Larnakada qəbul edən “Apollon” ilk oyunda 4:0 hesabı ilə qalib gəlib.

Kiprlilər səfərdə qolsuz heç-heçə ilə kifayətlənərək, “Qəbələ”yə rəqib olub.

Portuqaliyalı baş məşqçi Pedro Emmanuelin çalışdırdığı komanda ilə ilk oyununu “qırmızı-qaralar” səfərdə keçirəcək. Bu matç iyulun 30-da baş tutacaq. Avqustun 6-dakı cavab oyununda meydan sahibi isə “Qəbələ” olacaq.

Son xəbərlər

Orphus sistemi