"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası “Tirana Nasional”ı məğlub edib

Futbol
  • 23 aprel, 2017
  • 20:22
Qəbələnin 15 yaşadək futbolçulardan ibarət komandası “Tirana Nasional”ı məğlub edib

Bakı. 24 aprel. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb.

"Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəlib.

Famil Xəlilovun yetirmələri qarşılaşmada 4:0 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurub.

Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı isə 3-cü olub.

44 filmi