"Qəbələ"nin Şimali Makedoniya klubu ilə oyunu 70 dəqiqə davam edib

"Qəbələ"nin Şimali Makedoniya klubu ilə oyunu 70 dəqiqə davam edib Türkiyənin Antalya bölgəsində təlim məşq-toplanışında olan "Qəbələ" ikinci yoxlama oyununu keçirib.
Futbol
21 Yanvar , 2022 17:56
Qəbələnin Şimali Makedoniya klubu ilə oyunu 70 dəqiqə davam edib

Türkiyənin Antalya bölgəsində təlim məşq-toplanışında olan "Qəbələ" ikinci yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, əyalət təmsilçisi bu dəfə Şimali Makedoniyanın "Borats" komandası ilə qarşılaşıb. Rəqibin heyətində futbolçu sayı az olduğundan, görüşün hər hissəsi 35 dəqiqədən ibarət olub.

Qarşılaşma "qırmızı-qaralar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.

Qeyd edək ki, "Qəbələ" Antalyadakı ilk sınaq matçında Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi