Qazaxıstanın təcrübəli futbolçusu Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək

Qazaxıstanın təcrübəli futbolçusu Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.
Futbol
16 may 2022 07:16
Qazaxıstanın təcrübəli futbolçusu Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək

Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

"Report"un məlumatına görə, "Turan"ın kapitanı Azat Nurqaliyev dizindən zədə alıb.

36 yaşlı yarımmüdafiəçinin çarpaz bağlarından xəsarət aldığı və mövsümü başa vuracağı ehtimal olunur.

Nurqaliyev cari mövsüm komandasının heyətində 6 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, daha əvvəl komandanın 10 üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq. Azərbaycan yığması iyunun 6-da Serbiyada Belarusla, 3 gün sonra Bakıda Slovakiya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi