Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub

Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
27 Aprel , 2022 11:07
Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub
Məhəmməd Adiyev

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.

"Report" "Sportradar" nəşrinə istinadən xəbər verir ki, milli hazırda Karaqanda "Şaxtyor"una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.

Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis "Akjayık"ə 0:1 hesabı ilə uduzduqları VII tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.

Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi