Qazaxıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb

Qazaxıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb Təlim-məşq toplanışına 24 futbolçu qatılıb
Futbol
2 İyun , 2018 12:28
Qazaxıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Qazaxıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.

"Report"un məlumatına görə, təlim-məşq toplanışına yerli "Astana", "Kayrat", "Tobol" və "Ordabası" komandalarından, həmçinin Rusiya "Ufa"sından çağırılmış 24 futbolçu qatılıb.

Yerli komanda bu il baş məşqçi Stanimir Stoilovun rəhbərliyi altında üçüncü matçını keçirəcək. İlk qarşılaşmasında Macarıstana 3:2 hesabı ilə qalib gələn kollektiv ardından Bolqarıstana uduzub - 1:2.

Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi