Qazaxıstan klubu Emil Balayevin transferini açıqlayıb

Qazaxıstan klubu Emil Balayevin transferini açıqlayıb Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan "Turan"ına keçidi rəsmiləşib.
Futbol
4 Mart , 2022 15:16
Qazaxıstan klubu Emil Balayevin transferini açıqlayıb

Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan "Turan"ına keçidi rəsmiləşib.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə müqavilə imzalanıb.

Balayevin sözləşməsinin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək. Oyunçu artıq komanda ilə ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Emil Balayev Qazaxıstanda "Tobol"da çıxış edib. Qapıçı "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib.

Son xəbərlər

Orphus sistemi