Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib
Futbol
- 10 yanvar, 2018
- 14:10
Bakı. 10 yanvar. REPORT.AZ/ Qazaxıstan Futbol Federasiyasının prezidenti Seilda Bayşakov istefa verib.
"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İcraiyyə Komitəsinin iclasında Bayşakov öz istəyi ilə postundan getdiyini açıqlayıb.
Məsələyə fevralın 10-da KFF-in növbədənkənar konfransında baxılacaq.
İcraiyyə Komitəsinin iclasında həmçinin Kanış Aubakirovun ailə vəziyyəti ilə əlaqədar I vitse-prezident və baş katib vəzifəsindən istefası da müzakirəyə çıxarılıb. Onun yerinə Aytxojin Azamat təyin olunub. Bununla əlaqədar Azamat vitse-prezident vəzifəsindən azad olunub.
Qeyd edək ki, daha əvvəl Aleksandr Borodyuk Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.
Son xəbərlər
01:43
Makron Aİ-ni Çinlə ticarət disbalansını aradan qaldırmağa çağırıb
Digər ölkələr01:18
Video
Qərbi Azərbaycan Xronikası: "Bacoğlu necə Haykavan oldu?"
Daxili siyasət00:52
Foto
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
Komanda00:51
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
Digər ölkələr00:46
MOAİ: Arktikada havanın temperaturu rekord göstəricilərə çatıb
Ekologiya00:38
Foto
Suriya Daxili İşlər Nazirliyi İdlib və Hələbdə İŞİD terrorçularını zərərsizləşdirib
Digər ölkələr00:14
Ağ Ev Trampın xalqa müraciətinin mövzusunu açıqlayıb
Digər ölkələr23:58
ABŞ-də milli təhlükəsizlik siyasəti Avropa üçün diaqnoz adlandırılıb
Digər ölkələr23:39