Qazaxıstan Futbol Federasiyası dövlət hesabına maliyyələşmədən imtina edib

Qazaxıstan Futbol Federasiyası dövlət hesabına maliyyələşmədən imtina edib Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.
Futbol
243
17 Noyabr , 2021 00:04
Qazaxıstan Futbol Federasiyası dövlət hesabına maliyyələşmədən imtina edib

Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.

"Report"un məlumatına görə, bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu qərar 2022-ci il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub: "Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq".

Qeyd edək ki, seçmə mərhələdə 3 xal toplayan Qazaxıstan millisi D qrupunu sonuncu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi