Qazaxıstan çempionatının qalibi müəyyənləşib

Qazaxıstan çempionatının qalibi müəyyənləşib Futbol üzrə Qazaxıstan çempionatında mövsümə yekun vurulub.
Futbol
30 Oktyabr , 2021 15:57
Qazaxıstan çempionatının qalibi müəyyənləşib

Futbol üzrə Qazaxıstan çempionatında mövsümə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - XXVI turda "Tobol" səfərdə "Akjayık"la üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən qonaqlar xallarının sayını 61-ə çatdırıb mövsümü ilk pillədə başa vurub. Beləliklə, "Tobol" tarixində ikinci dəfə Qazaxıstan çempionu adını qazanıb.

Sonuncu turda "Turan"la 1:1 hesablı heç-heçə edən "Astana" 57 xalla ikinci, "Jetısu" ilə qolsuz bərabərə qalan "Kayrat" isə 51 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək. III turda Ağdam təmsilçisi Bakıda rəqibini 2:1 hesabı elə məğlub edib.

Son xəbərlər

Orphus sistemi