Bakı. 31 yanvar. REPORT.AZ/ "Barselona" klubu İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sevilya"nı qəbul edib.
"Report" xəbər verir ki, "Nou Kamp" stadionunda keçirilmiş görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
"Barsa"dan İvan Rakitiç, Serxi Roberto, Luis Suares, Lionel Messi və Filippe Koutinyo (iki dəfə) fərqlənib. "Sevilya"nın yeganə qolunu Gilyerme Arana vurub. Qarşılaşmanın 27-ci dəqiqəsində Ever Baneqa penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, ilk görüşdə "Sevilya" 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki görüşün nəticəsinə əsasən, yarımfinala "Barselona" yüksəlib. Növbəti mərhələdə rəqib "Betis" olacaq. Digər yarımfinalda isə "Valensiya"nın rəqibi "Real Madrid" - "Jirona" cütünün qalibi olacaq. İspaniya Kubokunu son olaraq, "Barselona" qazanıb.