"Qarabağ" yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq

"Qarabağ" yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq Bu barədə klubun baş direktoru Emrah Çelikel məlumat verib
Futbol
10 May , 2017 10:37
Qarabağ yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq

Bakı. 10 may. REPORT.AZ/ "Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.

Bu barədə "Report"a klubun baş direktoru Emrah Çelikel məlumat verib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.

Son xəbərlər

Orphus sistemi