"Qarabağ" xal itirdi

"Qarabağ" xal itirdi "Azersun Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb
Futbol
4 May , 2021 19:57
Qarabağ xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Zirə"dən Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.

Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və yenidən vahid liderə çevrilib. İkinci sıradakı "Neftçi" 50 xalla ikincidir. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi