"Qarabağ" - "Vorskla" oyununa avtomobili ilə gələnlər üçün ictimai dayanacaq fəaliyyət göstərəcək

"Qarabağ" - "Vorskla" oyununa avtomobili ilə gələnlər üçün ictimai dayanacaq fəaliyyət göstərəcək Bakı. 23 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Ukraynanın Vorskla komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələn azarkeşlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.
Futbol
23 Oktyabr , 2018 16:44
Qarabağ - Vorskla oyununa avtomobili ilə gələnlər üçün ictimai dayanacaq fəaliyyət göstərəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Ukraynanın "Vorskla" komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələn azarkeşlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

“Report” klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ictimai avtodayanacaqdan matçın başlanmasından 3 saat əvvəl - saat 18:55-dən etibarən istifadə edilə bilər.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi